Əsas Səhifə > Gündəm > Katolikos məsələsi alovlandı: Paşinyandan strateji yol xəritəsi
Katolikos məsələsi alovlandı: Paşinyandan strateji yol xəritəsi5-01-2026, 14:59 |
|
Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsində islahatlar və rəhbərlik dəyişikliyini nəzərdə tutan strateji yol xəritəsini imzalayıb. Rublika.az Musavat.com-a istinadən xəbər verir ki, sənəd Paşinyanla yanaşı, altı arxiyepiskop və dörd yepiskop tərəfindən təsdiqlənib və “Erməni kilsəsinin yenilənməsi” məqsədi daşıyır. Yol xəritəsində beş əsas istiqamət müəyyən edilib. Bunlara yeniləşdirici gündəliyin irəli aparılması, hazırkı katolikosun vəzifədən uzaqlaşdırılması, müəyyən edilmiş prosedura uyğun olaraq katolikosun müvəqqəti əvəzləyicisinin təyin edilməsi, Erməni Apostol Kilsəsinin nizamnaməsinin təsdiqlənməsi və bütün ermənilərin katolikosunun qanunla müəyyən olunmuş qaydada seçilməsi daxildir. Məlumata görə, son dövrlərdə Paşinyan açıq şəkildə hazırkı katolikos II Qareginin vəzifədən uzaqlaşdırılması təşəbbüsünü irəli sürür. Halbuki kilsənin daxili nizamnaməsinə əsasən, katolikos vəzifəsi ömürlük hesab olunur. Baş nazirin təşəbbüsü ölkədə kilsə–dövlət münasibətləri kontekstində geniş müzakirələrə səbəb olub. Analitiklər bu addımın Ermənistanın dini və siyasi həyatında ciddi dəyişikliklərə yol aça biləcəyini bildirirlər. Rəsmi kilsə qurumları isə məsələ ilə bağlı hələlik açıqlama verməyiblər. Rublika.az Geri qayıt |