Əsas Səhifə > Dünya > Karakas və Vaşinqton DANIŞIQLARA BAŞLADI - Çinə ağır zərbə, ABŞ-a yol açılır
Karakas və Vaşinqton DANIŞIQLARA BAŞLADI - Çinə ağır zərbə, ABŞ-a yol açılır7-01-2026, 09:12 |
|
Karakas və Vaşinqton Venesuela neftinin ABŞ bazarına ixracı məsələsi üzrə danışıqlar aparır. Rublika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik xatırladır ki, ABŞ-ın dekabrın ortalarında tətbiq etdiyi blokada səbəbindən Venesuela milyonlarla barel nefti tanker və anbarlarda saxlamalı olub və bu həcmləri ixrac edə bilmir. Həmin yüklərin bir hissəsi Çinə nəzərdə tutulmuşdu. Son on il ərzində Çin Venesuela neftinin ən böyük alıcısı olub. "Reuters" yazır ki, mümkün razılaşma Venesuelada neft hasilatının daha da azalmasının qarşısını almağa və əvvəllər Çinə göndərilməsi planlaşdırılan neftin ABŞ neftayırma zavodlarına yönəldilməsinə imkan verə bilər. Hazırda Venesuela neftinin ixracına icazəsi olan yeganə Amerika şirkəti "Chevron"dur. Şirkət gündə 100-150 min barel Venesuela neftini ixrac edir. Sanksiyalar tətbiq olunmazdan əvvəl isə ABŞ neftayırma zavodları gündə təxminən 500 min barel Venesuela nefti idxal edirdi. Mənbələrin bildirdiyinə görə, ABŞ prezidenti Venesuela ilə mümkün qədər tez razılaşmaya gəlmək və bunu “böyük qələbə” kimi elan etmək niyyətindədir. Rublika.az Geri qayıt |