Əsas Səhifə > Media > Azərbaycan Nəşriyyatı bu tarixdən istismarını dayandırır
Azərbaycan Nəşriyyatı bu tarixdən istismarını dayandırır16-01-2026, 14:50 |
|
"Azərbaycan Nəşriyyatı" MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb. Rublika.az xəbər verir ki, MMC-dən bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib. Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb. Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil. Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir: "Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib". Qeyd edək ki, artıq binada köçürülmə prosesi başlayıb Rublika.az Geri qayıt |