Əsas Səhifə > Manşet > Vətəndaşın qapısı və Prezidentin göstərdiyi “qapı”: TƏBİB xalqla işləməkdə nümunə yaradır...
Vətəndaşın qapısı və Prezidentin göstərdiyi “qapı”: TƏBİB xalqla işləməkdə nümunə yaradır...Bu gün, 18:02 |
|
Azərbaycanda iki qapı var: biri vətəndaşın qəbulu üçün dövlət qurumunun qapısı, biri isə vətəndaşa xidmət göstərməyən qurumun rəhbərinə göstərilən “azadsan!” qapısı. Bu qapını vətəndaş üçün açıq qoyan səlahiyyətli şəxsə, məmura həmişə etimad və güvən var, açıq saxlamırsa, kabinetindən çölə çıxmırsa, cənab Prezident özü qapını göstərir və necə getməyi izah edir. Bu mənada, son illər məmurların, dövlət strukturlarının rəhbərlərinin xalqla necə işləməsi çox incə məsələyə çevrilib. Və burada təkcə vətəndaşlarla ünsiyyət qurulması deyil, həm də bunu illərlə davam etdirmək olduqca əhəmiyyətlidir. Yəni vəzifəli şəxs var ki, 2-3 ay özünü göstərir, guya vətəndaşlarla görüşür, problemini dinləyir, sonra çəkilir kabinetinə, insanlarla maraqlanmır, bax, onun fəaliyyətinə gec-tez dövlət qərar verir. Amma elə strukturların rəhbərləri var ki, vəzifəsinin icrasına başladığı ilk gün necə çalışıbsa, üstündən illər keçsin, yenə də ona həvalə olunan işə məsuliyyətlə yanaşır. Biz bu xarakterə malik bir neçə vəzifəli şəxsin adını çəkə bilərik ki, onlardan biri də TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. ...İl 2026-dır və TƏBİB rəhbəri 5 il əvvəl vətəndaşlara necə diqqət göstərirdisə, indi onun üç qatını artırıb. Halbuki illər əvvəl təyin olunan məmurlar var, heç qəbul qapısı haradadır, nə vaxtdır bilən yoxdur. Vüqar Qurbanovun isə iş sistemi şəffaf, açıqdır, qabaqcadan da elan edilir. Məhz ona görə də yanvarın 21-də Prezident İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə Vüqar Qurbanov daha bir görüş keçirib. Qəbul prosesində TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər. Qəbulda vətəndaşların müayinə, müalicə, işlə təminolunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətləri diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə Vüqar Qurbanov tərəfindən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Göründüyü kimi, Vüqar Qurbanov 2021–2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib, 8 sentyabr 2022-ci ildə TƏBİB-in icraçı direktoru təyin edilib, üstündən azı 5 il keçir və vətəndaşlarla qəbul onun üçün birinci dərəcəli, prioritet məsələdir. Bu görüşlərin hər dəfə təşkilində onlarla vətəndaşın problemi həllini tapır, bir çoxu yerindəcə verilən göstəriş əsasında yoluna qoyulur. Bu da Prezidentin tələblərinin yerinə yetirilməsidir. Dövlət başçısı hər bir təyin etdiyi şəxsi Vüqar Qurbanov kimi görmək istəyir. Əslində, burada təəccüblü hal da yoxdur. TƏBİB rəhbəri hamının etməli olduğu işi görür- vətəndaşlarla görüşür, təmas qurur, dinləyir. Anormal olan hansısa məmurun qapını vətəndaşın üzünə bağlamasıdır. Ona görə də TƏBİB və onun rəhbərliyinin qapıları həmişə vətəndaşların üzünə açıqdır. Əməkdaşlarımızın qəbuldan çıxan vətəndaşlarla söhbətindən də məlum oldu ki, onlar yerlə-göy qədər razıdırlar. Vətəndaşlar bildiriblər ki, onları Vüqar Qurbanov şəxsən özü dinləyib və hər bir kəsin müraciətinə həssaslıqla yanaşıb. Bundan başqa, əməkdaşlarımız təkcə qəbuldan çıxan vətəndaşlarla söhbət etməyib, həmçinin Bakı şəhəri üzrə TƏBİB-in tabeliyində olan dövlət xəstəxanalarının qarşısında da sorğu keçirib. 92,4% TƏBİB in fəaliyyətindən razı olduğunu, əvvəlki xidmətlərlə müqayisə olunmayacaq dərəcədə vətəndaş mənumiyyətin olduğu bildirilir. Bu sorğunun məqsədi həm də müqayisə aparmaq, yalnız Vüqar Qurbanovun qəbulunda olan vətəndaşları dinləmək yox, TƏBİB-i tabe olan səhiyyə ocaqlarında xalqa necə xidmət göstərildiyini öyrənmək idi. Əminliklə bildiririk ki, istər səhiyyə müəssisələrinin önündə jurnalist müşahidələr və yaxud vətəndaşlarla edilən söhbət olsun, əksəriyyət onlara göstərilən xidmətdən məmnundurlar. Bu da icbari tibbi sığortanın tətbiqi və TƏBİB rəhbərliyinin xəstəxanalar qarşısında tələbkar olmasından irəli gəlir. Artıq “ağ xalatlı”lar və baş həkimlər, şöbə müdirləri özlərini keçmiş rəhbərlərin dövründə hiss etmirlər. Vüqar Qurbanovun rəhbərliyi altında TƏBİB elə bir idarəçilik sistemi qurub ki, bundan birinci növbədə vətəndaş, sonra tibbi personal razılıq edir. Burada həm tələbkarlıq, disiplin, məsuliyyət böyük əhəmiyyət kəsb edir, həm nəzarət mexanizmi güclüdür və hər hansı bir həkim, tibb işçisi xəstədən, yaxud onun yaxınından pul istəyə bilməz, həm də yüksək səviyyəli təşkilatçılıq, peşəkarlıq mühüm rol oynayır. TƏBİB rəhbərliyi bu illər ərzində məhz sadalanan keyfiyyətləri özündə daşıyıb və onu praktikaya çevirə bilib. Ancaq bu gün də məsələ bununla bitmir, qarşıda daha çox iş, daha çox həllini gözləyən məsələlər, inkişafı artırmaq, peşəkarlığı, vətəndaş üçün xəstəxanalarda müayinə və müalicəni indikindən də ikiqat artıq asanlaşdırmaq, əlçatan etmək hədəfləri var. Ona görə də söhbət etdiyimiz və sorğu keçirdiyimiz vətəndaşlar bildirdilər ki, TƏBİB yaradılanda bəlkə kimlərsə onun özünü doğruldacağına şübhə ilə yanaşıb, amma bu gün onun qurduğu sistem, tabeliyində olan xəstəxanalarda yaradılan şərait özünü təsdiqlədiyini sübut edir. Nicat MAHMUDOV Geri qayıt |