Əsas Səhifə > Manşet > Ramin Quluzadə redaksiyaları küçələrdə qoydu, nəşriyyat rəhbəri niyə nazir maaşı alır? Saxtakarlıq-Maliyyə naziri Sahil Babayeva müraciət
Ramin Quluzadə redaksiyaları küçələrdə qoydu, nəşriyyat rəhbəri niyə nazir maaşı alır? Saxtakarlıq-Maliyyə naziri Sahil Babayeva müraciət3-03-2026, 21:44 |
|
Azərbaycan Nəşriyyatı öz doğma sakinləri ilə vidalaşmaq məcburiyyətində qaldı. Buna obrazlı şəkildə jurnalistlərin məcburi köçkün taleyi də demək mümkündür. Çünki mətbuat adamlarının yurdu-yuvası, ocağı Nəşriyyat olmalıdır. Amma fevralın 27-dən sonra qələm adamlarını ikinci "ata ocağı"nı tərk etmək məcburiyyətində qoydular. Çünki Prezidentin İşlər İdarəsinin rəhbəri Ramin Quluzadənin ürəyi belə istəyir desək yanılmarıq. Ona görə də Azərbaycan Dövlət Nəşriyyatı bağlandı, təmir adı ilə redaksiyalar binadan çıxarıldı. 27.02.2026 ,nəşriyyatın binası boşaldıldı və bu qısa müddətdə redaksiyalar üçün ofis tapmaq asan məsələ deyil. Çünki münasib yer və qiymətə ofis icarəyə götürmək indiki bahalıqda, redaksiyaların məhdud imkanları çərçivəsində müşkül problemdir. Bu səbəbdən, fevralın 24-də nəşriyyatda yerləşən mətbuat orqanları bir araya gələrək dövlətdən kömək istəyiblər. Media nümayəndələri onların ofislə təmin olunması üçün dəstək istəyiblər. Çıxış edənlər arasında "Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, Yenixeber.org portalının rəhbəri İlqar Salmanov, Gündemxeber.org saytının rəhbəri Şirin Cəfərli və başqaları olub. Biz nəşriyyatdan tələm- tələsik çıxarılan redaksiyaların xahişi budur ki, nəşriyyatın əsaslı təmiri dövründə müvəqqəti olaraq başqa bir ofis yeri verilsin, binanı tərk edən redaksiyalar əsaslı təmir işləri başa çatdıqdan sonra əvvəlki iş yerlərinə geri qaytarılsın, buna şərait yaradılsın… Və inanırıq ki, uzun illər ərzində “Azərbaycan” nəşriyyatında icarədə olmuş, indiyədək külli miqdarda icarə haqqı ödəmiş media subyeklərinə bu çətin və məsuliyyətli dönəmdə rəsmi qurumlar lazımi köməklik göstərəcəklər”,-deyə Asif Mərzili bildirib. "Təkliflərimiz iki həftə olar Prezident Administrasiyasına göndərilib, cavab gözləyirik. Axı kifayət qədər boş ərazilər var, 5-10 redaksiyaların əməkdaşlarını yerləşdirmək nə böyük problemə çevrilib?", - deyə A. Mərzili sual edib. Məsələnin digər tərəfi nəşriyyatda olan problemlərin yeni rəhbərlik dövründə yaranmasıdır. Belə ki, Leyla Güləliyevaya qədər nəşriyyatın idarəçiliyində ciddi boşluqlara yol verilməmişdi. Lakin Prezidentin İşlər İdarəsinin rəhbəri Ramin Quluzadənin hərtərəfli yaxın kadrı kimi tanınan Leyla Güləliyeva nəşriyyatın direktoru vəzifəsinə gətirildikdən sonra həm nəşriyyatda heç bir yenilənmə, təmir işləri görülmədi, həm də ildırım sürəti ilə rəhbər vəzifələrdə olanlara yüksək maaş təyin olundu. Yəni Güləliyevaya qədər rəhbərlikdə olan şəxs və ya şəxslər maksimum 1000-1500 manat civarında əmək haqqı alırdısa, Leyla xanımın idarəçiliyi dövründə nəşriyyat şefliyi özünə katastrofik rəqəmlərlə ölçülən məvacib yazdırıb. Söhbət 5000, 8000,10 000 manat aylıq maaşdan gedir. Heç icra başçıları, nazirlər bəlkə bu qədər maaş almır. Bəs necə oldu ki, bu yüksək maaş təyin olunub? Hansı müsbət göstəricilərə, nəşriyyatda nə kimi fundamental dəyişikliklərə görə, rəhbərlik astronomik maaş almalıdır?Bu baxımdan Leyla Güləliyevanın Nəşiryyatda rəhbər fəaliyyətinin yoxlanılması üçün ,,söz'' maliyyə naziri Sahil Babayevindir. Rica edirik müraciətimizi əsaslı şikayyət hesab edərək müvafiq maliyə yoxlamalarının aparılmasına göstəriş verəsiniz. Ümumiyyətlə, nəşriyyatda Güləliyevanın rəhbərliyi dövründə heç bir islahat aparılmayıb, yenidənqurma işləri görülməyib. İndisə təmir işinin dövriyyəyə buraxılması direktoru himayə edən Ramin Quluzadənin növbəti oyunu və kələyi kimi görünməkdədir. Çünki müxtəlif mənbələrdən gələn məlumatlara görə, nəşriyyatın binasının təmir olunmasından çox gələcəkdə hektarlarla olan torpaq ərazisinin satışından yüz milyonlarla gəlir əldə ediləcəyi bildirilir. Bəli , o yerin satılaraq ərazidə binalar tikiləcəyi gözlənilir. Nəzərə alsaq ki, hektarlarla ərazidən söhbət gedir. Və nəzərə alsaq ki, Bakının prestijli yerlərindən biridir. Deməli, Ramin Quluzadə Prezident Administrasiyasında media üzrə kuratorlara , o cümlədən DÖVLƏTƏ düzgün məlumat verməyib. Bu manipulyaisya xarakterli təqdimatla inandırıb ki, guya nəşriyyat təmir olunacaq, əslində, ərazi böyük məbləğə satılacağı haqqda məkumatlar verilir. Nəticədə maliyyə imkanları son dərəcə məhdud olan redaksiyalar küçələrdə qalıb... Nicat Mahmudov Geri qayıt |