Əsas Səhifə > İdman > Erməni döyüşçü UFC prezidentini özündən çıxardı

Erməni döyüşçü UFC prezidentini özündən çıxardı


8-03-2026, 19:58
Erməni döyüşçü UFC prezidentini özündən çıxardı

UFC-nin prezidenti Dana Uayt və erməni döyüşçü Arman Tsarukyanın ulduzu barışmır.

D.Uayt BMF kəməri uğrundakı döyüşdən sonra onun barədə bunları söyləyib:

"Bunun çoxlu səbəbləri var, təkcə hamıya məlum olan (ictimailəşmiş) məsələlər deyil. Harada tüstü varsa, orada od da var və Arman son vaxtlar çox "tüstüləyir".

Qeyd edək ki, Arman 2025-ci ilin yanvarında yüngül çəkidə kəmər uğrunda İslam Maxaçevlə döyüşməli idi. Lakin, o döyüşdən bir gün əvvəl zədəsi olduğunu bildirərək qarşılaşmadan imtina edib və onun əvəzinə görüşə Renato Moykano çıxmalı olub.

O, gündən sonra Dana Uayt erməni döyüşçünün üstündən "xətt çəkib".//Offsideplus.az

Fraksiya.az
Geri qayıt