Əsas Səhifə > Dünya > Tramp NATO-dakı müttəfiqləri hədələdi: Çox pis gələcəklə üzləşəcəklər

Tramp NATO-dakı müttəfiqləri hədələdi: Çox pis gələcəklə üzləşəcəklər


16-03-2026, 20:56
Tramp NATO-dakı müttəfiqləri hədələdi: Çox pis gələcəklə üzləşəcəklər

ABŞ NATO müttəfiqlərindən Hörmüz boğazının açılmasına kömək gözləyir.

Fraksiya.az xəbər verir ki, prezident Donald Tramp bu barədə Financial Times qəzetinə müsahibəsində danışıb. O, Vaşinqtonun Kiyevə dəstəyini xatırladaraq bildirib ki, əslində ABŞ bunu etməməliydi: "Bizdə NATO adlanan bir şey var. Biz çox mehriban idik. Onlara (NATO müttəfiqlərinə - red.) Ukrayna məsələsində kömək etməməli idik. Ukrayna minlərlə kilometr uzaqlıqdadır. Amma biz kömək etdik. İndi görəcəyik ki, bizə kömək edəcəklərmi. Çünki mən uzun müddətdir deyirəm ki, biz onlara kömək etməyə hazırıq, amma onlar bizimlə olmağa hazır deyillər. Və əmin deyiləm ki, onlar bizimlə olacaqlar".

Bundan əlavə, Tramp NATO-dakı müttəfiqləri hədələməkdən də çəkinməyib. Onun sözlərinə görə, əgər ittifaq üzvləri Vaşinqtona Hörmüz boğazındakı vəziyyəti həll etməyə kömək etməsələr, NATO "çox pis gələcəklə" üzləşəcək.(Musavat.com)

Fraksiya.az
Geri qayıt