Əsas Səhifə > Müsahibə > Nazir: Neftin qiyməti daha da bahalaşa bilər, əgər...
Nazir: Neftin qiyməti daha da bahalaşa bilər, əgər...5-01-2017, 16:50 |
|
OPEC-in iclasları çərçivəsində görülən tədbirlərin dünya bazarında neftin qiymətlərinə təsiri oldu. Rubrika.az Trend-ə istinadən bildirir ki,bunu energetika naziri Natiq Əliyev deyib. Nazir hesab edir ki, həmin tədbirlərin bundan sonra da təsiri olacaq: “Ancaq o qədər də böyük təsir gözləmək lazım deyil. Biz hesab edirdik ki, iclasda qəbul edilən qərarlar neftin bir barelinin qiymətini 60 dollara qədər artırsın”. Natiq Əliyev: Azərbaycan 2017-ci ildə OPEC-lə razılaşma çərçivəsində neft hasilatını azaldacaq N.Əliyevin fikrincə, bu il dünya bazarlarında neftin qiyməti dünya iqtisadiyyatının inkişaf tempindən asılı olacaq: “Bu il dünya iqtisadiyyatında böyük sıçrayıs olacaqsa, iqtisadi inkişaf tempi müşahidə olunacaqsa, onda neftin qiyməti daha da bahalaşa bilər”. Rubrika.az Geri qayıt |