Nazir: Neftin qiyməti daha da bahalaşa bilər, əgər...
![]()
OPEC-in iclasları çərçivəsində görülən tədbirlərin dünya bazarında neftin qiymətlərinə təsiri oldu.
Rubrika.az Trend-ə istinadən bildirir ki,bunu energetika naziri Natiq Əliyev deyib.
Nazir hesab edir ki, həmin tədbirlərin bundan sonra da təsiri olacaq:
“Ancaq o qədər də böyük təsir gözləmək lazım deyil. Biz hesab edirdik ki, iclasda qəbul edilən qərarlar neftin bir barelinin qiymətini 60 dollara qədər artırsın”.
Natiq Əliyev: Azərbaycan 2017-ci ildə OPEC-lə razılaşma çərçivəsində neft hasilatını azaldacaq
N.Əliyevin fikrincə, bu il dünya bazarlarında neftin qiyməti dünya iqtisadiyyatının inkişaf tempindən asılı olacaq:
“Bu il dünya iqtisadiyyatında böyük sıçrayıs olacaqsa, iqtisadi inkişaf tempi müşahidə olunacaqsa, onda neftin qiyməti daha da bahalaşa bilər”.
Rubrika.az
Facebook-da paylaş














