Əsas Səhifə > Hadisə > Bakıda xala və bacıoğlu faciəli şəkildə öldü

Bakıda xala və bacıoğlu faciəli şəkildə öldü


9-01-2017, 12:51


Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.

Rubrika.az APA-ya istinadən bildirir ki, Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Bəhruz Nuriyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb. Orada yaşayanlar - 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt