Bakıda xala və bacıoğlu faciəli şəkildə öldü
Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.
Rubrika.az APA-ya istinadən bildirir ki, Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Bəhruz Nuriyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb. Orada yaşayanlar - 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş














