Əsas Səhifə > Hadisə > Bakı metrosunda qadının çantasından 127 manat oğurlandı
Bakı metrosunda qadının çantasından 127 manat oğurlandı10-01-2017, 17:30 |
|
Bakı metrosunda oğurluqla məşğul olan şəxs tutulub. Rubrika.az DİN-ə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də metronun "İnşaatçılar" stansiyasının platformasında Bakı şəhər sakini Şəlalə Quliyevanın çantasından 127 manatı və sənədi olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Kamran Mərdanov tutulub. Araşdırma aparılır. Rubrika.az Geri qayıt |