Bakı metrosunda qadının çantasından 127 manat oğurlandı
![]()
Bakı metrosunda oğurluqla məşğul olan şəxs tutulub.
Rubrika.az DİN-ə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də metronun "İnşaatçılar" stansiyasının platformasında Bakı şəhər sakini Şəlalə Quliyevanın çantasından 127 manatı və sənədi olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Kamran Mərdanov tutulub.
Araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş









