Əsas Səhifə > Qalmaqal > "Qarabağın geri qaytarılması barədə deyilənlər sayıqlamadır" - Sarkisyan
"Qarabağın geri qaytarılması barədə deyilənlər sayıqlamadır" - Sarkisyan23-01-2017, 05:55 |
|
Qarabağın statusu müəyyənləşmədən Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması barədə deyilənlər sayıqlamadır. Bu sözləri erməni prezident Serj Sərkisyan deyib. O qeyd edib ki, Ermənistan üçün ən önəmli məsələ Dağlıq Qarabağ üçün elə bir status əldə etməkdir ki, onun əhalisi həmişə orada yaşaya bilsin: “Kim torpaqları geri vermək istəyir, hansı torpaqlardan söhbət gedir, bu dəyişmə necədir – ikitərəfli danışıqlardır”.(axar.az) Sərkisyan Qarabağda olmuş erməni terrorçulardan birinə üz tutaraq deyib: “Sonra sənin gözlərinə necə baxaram? Sən sonra mənə deməzsənmi ki, mən o torpaqları qorudum, yoldaşlarım öldü, ancaq sən onu heç nəsiz geri qaytarırsan?” Sərkisyan cəbhə xəttinin gecəgörmə cihazları ilə tam təmin edildiyini də bildirib. Rubrika.az Geri qayıt |