"Qarabağın geri qaytarılması barədə deyilənlər sayıqlamadır" - Sarkisyan
![]()
Qarabağın statusu müəyyənləşmədən Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması barədə deyilənlər sayıqlamadır.
Bu sözləri erməni prezident Serj Sərkisyan deyib. O qeyd edib ki, Ermənistan üçün ən önəmli məsələ Dağlıq Qarabağ üçün elə bir status əldə etməkdir ki, onun əhalisi həmişə orada yaşaya bilsin: “Kim torpaqları geri vermək istəyir, hansı torpaqlardan söhbət gedir, bu dəyişmə necədir – ikitərəfli danışıqlardır”.(axar.az)
Sərkisyan Qarabağda olmuş erməni terrorçulardan birinə üz tutaraq deyib: “Sonra sənin gözlərinə necə baxaram? Sən sonra mənə deməzsənmi ki, mən o torpaqları qorudum, yoldaşlarım öldü, ancaq sən onu heç nəsiz geri qaytarırsan?”
Sərkisyan cəbhə xəttinin gecəgörmə cihazları ilə tam təmin edildiyini də bildirib.
Rubrika.az
Facebook-da paylaş









