Əsas Səhifə > İdman > Millimiz irəlilədi
Millimiz irəlilədi9-02-2017, 16:20 |
|
FİFA futbol üzrə yığma komandaların növbəti reytinq siyahısını açıqlayıb. Azərbaycan millisi ötən ayla müqayisədə bir pillə irəliləyib. Robert Prosineçkinin baş məşqçi olduğu komanda hazırda 388 xalla 89-cu yerdədir. 2018-ci il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərə gəldikdə, Almaniya 1433 xalla üçüncüdür. Hər ikisi 3 pillə geriləyən Şimali İrlandiya 772 xalla 35-ci, Çexiya 669 xalla 46-cı sıradadır. San Marino 17 xalla 202-ci pillədə qalıb. Norveç isə 426 xalla 3 pillə irəliləyərək 81-ci pillədə qərarlaşıb. Siyahıya Argentina 1634 xalla başcılıq edir. Braziliya 1544 xalla ikincidir. Azərbaycan millisi ilə martın 9-da yoldaşlıq görüşü keçirəcək Qətər 418 xalla 85-ci, Türkiyə isə 857 xalla 24-cü pillədə qərarlaşıb. Qeyd edək ki, növbəti reytinq siyahısı martın 9-da açıqlanacaq. rubrika.az Geri qayıt |