Millimiz irəlilədi
![]()
FİFA futbol üzrə yığma komandaların növbəti reytinq siyahısını açıqlayıb.
Azərbaycan millisi ötən ayla müqayisədə bir pillə irəliləyib.
Robert Prosineçkinin baş məşqçi olduğu komanda hazırda 388 xalla 89-cu yerdədir.
2018-ci il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərə gəldikdə, Almaniya 1433 xalla üçüncüdür. Hər ikisi 3 pillə geriləyən Şimali İrlandiya 772 xalla 35-ci, Çexiya 669 xalla 46-cı sıradadır. San Marino 17 xalla 202-ci pillədə qalıb. Norveç isə 426 xalla 3 pillə irəliləyərək 81-ci pillədə qərarlaşıb.
Siyahıya Argentina 1634 xalla başcılıq edir. Braziliya 1544 xalla ikincidir. Azərbaycan millisi ilə martın 9-da yoldaşlıq görüşü keçirəcək Qətər 418 xalla 85-ci, Türkiyə isə 857 xalla 24-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq siyahısı martın 9-da açıqlanacaq.
rubrika.az
Facebook-da paylaş
















