Əsas Səhifə > Hadisə > "Toshiba"nın rəhbəri maliyyə böhranı səbəbindən istefa verib
"Toshiba"nın rəhbəri maliyyə böhranı səbəbindən istefa verib15-02-2017, 13:55 |
![]() Yaponiyanın "Toshiba" şirkətinin Direktorlar Şurasının sədri Siqenoriv Siqa bu gün istefa verdiyi açıqlayıb. Rubrika.az "Euronews" telekanalına istinadən xəbər verir ki, atdığı addımın səbəbi kimi S. Siqa maliyyə böhranını göstərib. O istefaya getdiyini açıqlamamışdan öncə məlum olub ki, şirkət nüvə sənayesində 6 mlrd. dollarlıq zərərlə üzləşib. Bundan öncə konqlomerat maliyyə hesabatının açıqlanmasını təxirə salıb. Maliyyə hesabatının açıqlanması azı 1 aylıq təxirə salınıb. S. Siqa istefaya getdiyini açıqladıqdan sonra şirkətin səhmləri 8% ucuzlaşıb. rubrika.az Geri qayıt |