"Toshiba"nın rəhbəri maliyyə böhranı səbəbindən istefa verib

Yaponiyanın "Toshiba" şirkətinin Direktorlar Şurasının sədri Siqenoriv Siqa bu gün istefa verdiyi açıqlayıb.
Rubrika.az "Euronews" telekanalına istinadən xəbər verir ki, atdığı addımın səbəbi kimi S. Siqa maliyyə böhranını göstərib.
O istefaya getdiyini açıqlamamışdan öncə məlum olub ki, şirkət nüvə sənayesində 6 mlrd. dollarlıq zərərlə üzləşib.
Bundan öncə konqlomerat maliyyə hesabatının açıqlanmasını təxirə salıb. Maliyyə hesabatının açıqlanması azı 1 aylıq təxirə salınıb.
S. Siqa istefaya getdiyini açıqladıqdan sonra şirkətin səhmləri 8% ucuzlaşıb.
rubrika.az
Facebook-da paylaş













