Əsas Səhifə > Mədəniyyət > Musiqili Teatra Türkiyədən dəvət
Musiqili Teatra Türkiyədən dəvət15-02-2017, 16:45 |
|
Azərbaycan Dövlət Musiqili Teatrı daha bir Beynəlxalq festivala dəvət olunub. Teatrdan verilən məlumata görə, Musiqili Teatr Türkiyədə təşkil olunan 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalında iştirak edəcək. Hər il bir çox dünya ölkələrinin qabaqcıl teatrlarının qatıldığı festival 2017-ci il 2-15 may tarixlərində Trabzon şəhərində baş tutacaq. Festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub. rubrika.az Geri qayıt |