Musiqili Teatra Türkiyədən dəvət
![]()
Azərbaycan Dövlət Musiqili Teatrı daha bir Beynəlxalq festivala dəvət olunub.
Teatrdan verilən məlumata görə, Musiqili Teatr Türkiyədə təşkil olunan 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalında iştirak edəcək.
Hər il bir çox dünya ölkələrinin qabaqcıl teatrlarının qatıldığı festival 2017-ci il 2-15 may tarixlərində Trabzon şəhərində baş tutacaq. Festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub.
rubrika.az
Facebook-da paylaş













