Əsas Səhifə > Hadisə > Türkiyədə terror: 3 yaşlı uşaq ölüb, 15 adam yaralanıb
Türkiyədə terror: 3 yaşlı uşaq ölüb, 15 adam yaralanıb18-02-2017, 10:41 |
|
Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib. Vilayətin Viranşehir rayonunda partlayıcı quraşırılmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Polis qüvvələri ərazini nəzarətə götürüb. Şanlıurfa valisi Güngör Azim Tuna bildirib ki, ilkin məlumata görə, 18-20 yaşlı şəxs Yenişehir məhəlləsində bomba yüklü avtomobili saxlayıb. Bir qədər sonra avtomobil partlayıb. rubrika.az Geri qayıt |