Türkiyədə terror: 3 yaşlı uşaq ölüb, 15 adam yaralanıb
Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib. Vilayətin Viranşehir rayonunda partlayıcı quraşırılmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib. Polis qüvvələri ərazini nəzarətə götürüb.
Şanlıurfa valisi Güngör Azim Tuna bildirib ki, ilkin məlumata görə, 18-20 yaşlı şəxs Yenişehir məhəlləsində bomba yüklü avtomobili saxlayıb. Bir qədər sonra avtomobil partlayıb.
rubrika.az
Facebook-da paylaş














