Əsas Səhifə > Hadisə > Fətullah Gülənin kod adı ortaya çıxdı — "Kapitan"
Fətullah Gülənin kod adı ortaya çıxdı — "Kapitan"23-02-2017, 17:39 |
|
FETÖ ittihamnaməsində qruplaşmanın üzvlərinin Fətullah Güləni "kapitan" kod adı ilə adlandırmaları məlum olub Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, üzvlər bu yolla söhbətin kimdən getdiyinin qarşısını almaq məqsədini güdüblər. İttihamnamədə həm də Fətullah Gülənin "Hava Harp Okulu" hərbi akademiyasının tələbələri ilə görüşündə "20-30 il sonra biz hərəkətə keçəndə heç kəs heç nə edə bilməyəcək"-dediyi yer alıb. Bu barədə məlumatı istefada olan polkovnik Gürol Doğan verib. Gürol prokurorluğa verdiyi ifadədə "Hava Harp Okulu"-da Fətullah Güləndən bəhs edərkən "kapitan" kod adından istifadə edildiyini bildirib: "Bir gün Fətullah Gülən İstanbula gəldi və "Hava Harp Okulu" 3 və 4-cü kurs tələbələri ilə görüşdü. Görüşdə Fətullah tələbələrə dedi: "Bizim işimiz uzun müddətlidir. Tələsməyin və kimliyinizi bildirməyin. Hərbidə, maarifdə, polisdə, məhkəmədə və bunların ən yüksək səviyyəsində təmsil olunacağıq. Ən azı 20-30 il sonra hərəkət edəcəyik. Bu zaman heç kəs bizə heç nə edə bilməyəcək"". Rubrika.az Geri qayıt |