Fətullah Gülənin kod adı ortaya çıxdı — "Kapitan"
![]()
FETÖ ittihamnaməsində qruplaşmanın üzvlərinin Fətullah Güləni "kapitan" kod adı ilə adlandırmaları məlum olub
Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, üzvlər bu yolla söhbətin kimdən getdiyinin qarşısını almaq məqsədini güdüblər.
İttihamnamədə həm də Fətullah Gülənin "Hava Harp Okulu" hərbi akademiyasının tələbələri ilə görüşündə "20-30 il sonra biz hərəkətə keçəndə heç kəs heç nə edə bilməyəcək"-dediyi yer alıb.
Bu barədə məlumatı istefada olan polkovnik Gürol Doğan verib. Gürol prokurorluğa verdiyi ifadədə "Hava Harp Okulu"-da Fətullah Güləndən bəhs edərkən "kapitan" kod adından istifadə edildiyini bildirib:
"Bir gün Fətullah Gülən İstanbula gəldi və "Hava Harp Okulu" 3 və 4-cü kurs tələbələri ilə görüşdü. Görüşdə Fətullah tələbələrə dedi:
"Bizim işimiz uzun müddətlidir. Tələsməyin və kimliyinizi bildirməyin. Hərbidə, maarifdə, polisdə, məhkəmədə və bunların ən yüksək səviyyəsində təmsil olunacağıq. Ən azı 20-30 il sonra hərəkət edəcəyik. Bu zaman heç kəs bizə heç nə edə bilməyəcək"".
Rubrika.az
Facebook-da paylaş






