Əsas Səhifə > Hadisə > Sarkisyan Putinlə Qarabağı müzakirə edəcək
Sarkisyan Putinlə Qarabağı müzakirə edəcək1-03-2017, 13:55 |
|
Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də iki günlük səfərlə Moskvaya gedəcək Səfər çərçivəsində o, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə Ermənistan prezident aparatındakı mənbəyə istinadən “İzvestiya” qəzeti məlumat yayıb. Məlumatı Putinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. Görüş zamanı Dağlıq Qarabağdakı vəziyyətin müzakirə olunacağı gözlənilir. Səfər çərçivəsində bəzi hərbi-siyasi, iqtisadi müqavilələr bağlanacaq. Rubrika.az Geri qayıt |