Sarkisyan Putinlə Qarabağı müzakirə edəcək
![]()
Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də iki günlük səfərlə Moskvaya gedəcək
Səfər çərçivəsində o, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə Ermənistan prezident aparatındakı mənbəyə istinadən “İzvestiya” qəzeti məlumat yayıb. Məlumatı Putinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
Görüş zamanı Dağlıq Qarabağdakı vəziyyətin müzakirə olunacağı gözlənilir. Səfər çərçivəsində bəzi hərbi-siyasi, iqtisadi müqavilələr bağlanacaq.
Rubrika.az
Facebook-da paylaş












