Əsas Səhifə > Hadisə > Bakıda ağır yol qəza: Yaralı var
Bakıda ağır yol qəza: Yaralı var10-03-2017, 19:30 |
|
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Moskva prospektində qeydə alınıb. “Mersedes” markalı avtomobil VAZ-2107 markalı maşına arxadan çırpılıb. Qəza nəticəsində VAZ-2107-dəki sərnişinlərdən biri xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilkin müayinələr aparıblar. Qəzanın yüksək sürət üzündən baş verdiyi ehtimal edilir. Rubrika.az Geri qayıt |