Bakıda ağır yol qəza: Yaralı var
![]()
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə Moskva prospektində qeydə alınıb.
“Mersedes” markalı avtomobil VAZ-2107 markalı maşına arxadan çırpılıb. Qəza nəticəsində VAZ-2107-dəki sərnişinlərdən biri xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.
Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilkin müayinələr aparıblar. Qəzanın yüksək sürət üzündən baş verdiyi ehtimal edilir.
Rubrika.az
Facebook-da paylaş














