Əsas Səhifə > Dünya > Almaniyanın kürd deputatı Türkiyəni belə satdı
Almaniyanın kürd deputatı Türkiyəni belə satdı11-03-2017, 16:57 |
|
Almaniya Türkiyəyə silah satışını dayandırmalıdır. Bunu jurnalistlərə açıqlamasında Almaniya parlamentinin millət vəkili Sevim Dağdələn söyləyib. “Avropa Birliyi və Türkiyə arasında imzalanan miqrant razılaşması Merkel-Ərdoğan paktıdır. Bu sənəd Almaniya hökumətinə təzyiq üçün şantaj vasitəsidir. Hökumət Ərdoğanın kürdlərə qarşı savaşdığını bildiyi halda Türkiyəyə silah satır”, – deputat bildirib. Qeyd edək ki, son günlər Almaniya-Türkiyə münasibətləri pisləşib. Buna səbəb Almaniyanın Türkiyəni siyasi liderlərinə ölkə ərazisində referendumla bağlı çıxış etmələrinə imkan verməməsi səbəb olub. Sevim Dağdələn əslən Türkiyədəndir. Milliyyətcə kürddür. Rubrika.az Geri qayıt |