Almaniyanın kürd deputatı Türkiyəni belə satdı
![]()
Almaniya Türkiyəyə silah satışını dayandırmalıdır.
Bunu jurnalistlərə açıqlamasında Almaniya parlamentinin millət vəkili Sevim Dağdələn söyləyib.
“Avropa Birliyi və Türkiyə arasında imzalanan miqrant razılaşması Merkel-Ərdoğan paktıdır. Bu sənəd Almaniya hökumətinə təzyiq üçün şantaj vasitəsidir. Hökumət Ərdoğanın kürdlərə qarşı savaşdığını bildiyi halda Türkiyəyə silah satır”, – deputat bildirib.
Qeyd edək ki, son günlər Almaniya-Türkiyə münasibətləri pisləşib. Buna səbəb Almaniyanın Türkiyəni siyasi liderlərinə ölkə ərazisində referendumla bağlı çıxış etmələrinə imkan verməməsi səbəb olub.
Sevim Dağdələn əslən Türkiyədəndir. Milliyyətcə kürddür.
Rubrika.az
Facebook-da paylaş












