Əsas Səhifə > Hadisə > İstanbulda güclü yanğın: 3 uşaq öldü

İstanbulda güclü yanğın: 3 uşaq öldü


18-03-2017, 16:53
İstanbulda güclü yanğın: 3 uşaq öldü

İstanbulun Tarlabaşı məhəlləsində güclü yanğın baş verib.

Rubrika.az Türkiyə mətbuatına istinadən məlumatına görə, yanğın 4 mərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası və xilasedicilər cəlb olunub.

Hadisə zamanı evdə olan 3 azyaşlı uşaq yanaraq ölüb. Uşaqların anası hadisədən sarsıntı keçirib:

Hazırda polis hadisənin səbəblərini araşdırır.

Rubrika.az
Geri qayıt