İstanbulda güclü yanğın: 3 uşaq öldü

İstanbulun Tarlabaşı məhəlləsində güclü yanğın baş verib.
Rubrika.az Türkiyə mətbuatına istinadən məlumatına görə, yanğın 4 mərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası və xilasedicilər cəlb olunub.
Hadisə zamanı evdə olan 3 azyaşlı uşaq yanaraq ölüb. Uşaqların anası hadisədən sarsıntı keçirib:
Hazırda polis hadisənin səbəblərini araşdırır.
Rubrika.az
Facebook-da paylaş













