Əsas Səhifə > İdman > UEFA prezidenti: “Dəniz Aytəkin cəzalandırılmayacaq”
UEFA prezidenti: “Dəniz Aytəkin cəzalandırılmayacaq”23-03-2017, 16:47 |
![]() UEFA prezidenti Aleksandr Çeferin Almaniya Futbol Federasiyasının hakimi Dəniz Aytəkini işindən uzaqlaşdırdığı barədə xəbərlərə münasibət bildirib Rubrika.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, o, bu iddiaları təkzib edib. A.Çeferin bildirib ki, D.Aytəkin Çempionlar Liqasının 1/8 finalında "Barselona" - PSJ cavab oyununda verdiyi bəzi qərarlara görə, ancaq tənqid olunub: "Onu hakimlikdən uzaqlaşdırmamışıq. Biz hansısna epizodu müzakirə edə bilərik. İşdən kənarlaşdırmaq haqda söhbət belə gedə bilməz". Qeyd edək ki, PSJ Dəniz Aytəkinin idarəçiliyindən narazılığını bildirmişdi. Rubrika.az Geri qayıt |