UEFA prezidenti: “Dəniz Aytəkin cəzalandırılmayacaq”

UEFA prezidenti Aleksandr Çeferin Almaniya Futbol Federasiyasının hakimi Dəniz Aytəkini işindən uzaqlaşdırdığı barədə xəbərlərə münasibət bildirib
Rubrika.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, o, bu iddiaları təkzib edib. A.Çeferin bildirib ki, D.Aytəkin Çempionlar Liqasının 1/8 finalında "Barselona" - PSJ cavab oyununda verdiyi bəzi qərarlara görə, ancaq tənqid olunub:
"Onu hakimlikdən uzaqlaşdırmamışıq. Biz hansısna epizodu müzakirə edə bilərik. İşdən kənarlaşdırmaq haqda söhbət belə gedə bilməz".
Qeyd edək ki, PSJ Dəniz Aytəkinin idarəçiliyindən narazılığını bildirmişdi.
Rubrika.az
Facebook-da paylaş











