Əsas Səhifə > Hadisə > Hökməlidə ayaqqabı ustası öz köşkündə yanaraq ölüb
Hökməlidə ayaqqabı ustası öz köşkündə yanaraq ölüb8-04-2017, 17:35 |
![]() Abşeron rayonunda sahibkar icarəyə götürdüyü sexdə yanıb ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 7-də saat 7 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsindəki ümumi sahəsi 25 kvm. olan ayaqqabı təmiri köşkündə yanğın baş verib. Nəticədə, yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra oranın icarədarı - Beyləqan rayon sakini Yusif Hüseynovun yanmış meyiti tapılıb. Rubrika.Az Geri qayıt |