Hökməlidə ayaqqabı ustası öz köşkündə yanaraq ölüb

Abşeron rayonunda sahibkar icarəyə götürdüyü sexdə yanıb ölüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 7-də saat 7 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsindəki ümumi sahəsi 25 kvm. olan ayaqqabı təmiri köşkündə yanğın baş verib.
Nəticədə, yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra oranın icarədarı - Beyləqan rayon sakini Yusif Hüseynovun yanmış meyiti tapılıb.
Rubrika.Az
Facebook-da paylaş













