Əsas Səhifə > Dünya > ABŞ prezidenti Almaniyanı tənqid etdi - "Almanlar pisdir, çox pisdir"
ABŞ prezidenti Almaniyanı tənqid etdi - "Almanlar pisdir, çox pisdir"26-05-2017, 15:28 |
![]() ABŞ prezidenti Donald Trampın Almaniyanı tənqid etdiyi iddia edilir. Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Brüsseldə Avropa İttifaqının rəhbərləri ilə görüşən Tramp Almaniyanın ticarət balansındakı artımdan şikayət edib. Tramp "almanlar pisdir, çox pisdir"-deyib. Bu barədə nüfuzlu "Spiegel" jurnalı məlumat yayıb. Məlumata əsasən, Tramp bundan başqa: "Onların ABŞ-a satdığı milyonlarla avtomobilə baxın. Dəhşətlidir. Bunun qarşısını alacağıq"-ifadəsini də söyləyib. Aİ komissiyasının sədri Jan-Klod Canker Trampın bu sözlərinə qarşı çıxıb və sərbəst ticarətin hamıya faydalı olduğunu bildirib. Rubrika.Az Geri qayıt |