ABŞ prezidenti Almaniyanı tənqid etdi - "Almanlar pisdir, çox pisdir"

ABŞ prezidenti Donald Trampın Almaniyanı tənqid etdiyi iddia edilir.
Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Brüsseldə Avropa İttifaqının rəhbərləri ilə görüşən Tramp Almaniyanın ticarət balansındakı artımdan şikayət edib. Tramp "almanlar pisdir, çox pisdir"-deyib. Bu barədə nüfuzlu "Spiegel" jurnalı məlumat yayıb.
Məlumata əsasən, Tramp bundan başqa: "Onların ABŞ-a satdığı milyonlarla avtomobilə baxın. Dəhşətlidir. Bunun qarşısını alacağıq"-ifadəsini də söyləyib.
Aİ komissiyasının sədri Jan-Klod Canker Trampın bu sözlərinə qarşı çıxıb və sərbəst ticarətin hamıya faydalı olduğunu bildirib.
Rubrika.Az
Facebook-da paylaş












