Əsas Səhifə > İdman > Azərbaycan yığması FİFA reytinqində 11 pillə irəliləyib
Azərbaycan yığması FİFA reytinqində 11 pillə irəliləyib1-06-2017, 16:21 |
|
FİFA dünya ölkələri yığmalarının növbəti reytinq siyahısını dərc edib. "Report"un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 11 pillə irəliləyib. Hazırda 439 xala malik komanda 76-cı pillədədir. Azərbaycan millisi bu sıçrayışa heç bir oyun keçirmədən nail olub. Mayın 20-dən Avstriyada təlim-məşq toplanışında olan yığma yoldaşlıq görüşü keçirə bilməyib. Bununla belə, Robert Prosineçkinin baş məşqçi olduğu komandanın hesabına ötən ayla müqayisədə 53 xal əlavə olunub. Geri qayıt |