Azərbaycan yığması FİFA reytinqində 11 pillə irəliləyib
FİFA dünya ölkələri yığmalarının növbəti reytinq siyahısını dərc edib.
"Report"un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 11 pillə irəliləyib. Hazırda 439 xala malik komanda 76-cı pillədədir.
Azərbaycan millisi bu sıçrayışa heç bir oyun keçirmədən nail olub. Mayın 20-dən Avstriyada təlim-məşq toplanışında olan yığma yoldaşlıq görüşü keçirə bilməyib. Bununla belə, Robert Prosineçkinin baş məşqçi olduğu komandanın hesabına ötən ayla müqayisədə 53 xal əlavə olunub.
Facebook-da paylaş












