Əsas Səhifə > Hadisə > Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimləri başlayıb
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimləri başlayıb5-06-2017, 10:11 |
![]() Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Tbilisi şəhərində üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” birgə təlimi keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kontingentinin də iştirak etdiyi təlim iyunun 14-dək davam edəcək. Rubrika.Az Geri qayıt |