Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimləri başlayıb

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Tbilisi şəhərində üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” birgə təlimi keçirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kontingentinin də iştirak etdiyi təlim iyunun 14-dək davam edəcək.
Rubrika.Az
Facebook-da paylaş















