Əsas Səhifə > Hadisə > DİN-dən Hacıqabulda 3 nəfərin öldüyü yol qəzası ilə bağlı - RƏSMİ MƏLUMAT
DİN-dən Hacıqabulda 3 nəfərin öldüyü yol qəzası ilə bağlı - RƏSMİ MƏLUMAT7-06-2017, 12:33 |
![]() Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 7-də saat 2 radələrində Hacıqabul şəhərində Ucar rayon sakini Habil Abdullayev idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.(APA) Nəticədə sürücü və sərnişinlərindən anası Gülzar, qardaşı Samir hadisə yerində ölüb, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Rubrika.Az Geri qayıt |