DİN-dən Hacıqabulda 3 nəfərin öldüyü yol qəzası ilə bağlı - RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 7-də saat 2 radələrində Hacıqabul şəhərində Ucar rayon sakini Habil Abdullayev idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.(APA)
Nəticədə sürücü və sərnişinlərindən anası Gülzar, qardaşı Samir hadisə yerində ölüb, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş















