Əsas Səhifə > Hadisə > Britaniyada səsvermə başa çatdı: Leyboristlər, yoxsa Mühafizəkarlar?
Britaniyada səsvermə başa çatdı: Leyboristlər, yoxsa Mühafizəkarlar?9-06-2017, 11:57 |
|
Böyük Britaniyada keçirilən parlament seçkilərində səsvermə baş çatıb. APA TV-nin “Frans Press” agentliyinə istinadən verdiyi xəbərə görə, seçki məntəqələri yerli vaxtla saat 22.00-da bağlanıb. Səsvermənin yekun nəticələri isə iyunun 9-da elan ediləcək. Seçkilərin yekunlarına əsasən Nazirlər Kabinetinin tərkibi müəyyən ediləcək və parlamentin İcmalar Palatası formalaşdırılacaq. Seçkilər ərəfəsi keçirilmiş sorğular seçicilərin Leyboristlər Partiyasından daha çox Mühafizəkarlar Partiyasına üstünlük verdiyini (4-9%) müəyyənləşdirib. Seçilən parlamentarilər iyunun 13-də and içəcək. Yeni parlament kraliçanın iştirakı ilə keçiriləcək rəsmi mərasimdən sonra iyunun 19-da işə başlayacaq. Rubrika.Az Geri qayıt |