Britaniyada səsvermə başa çatdı: Leyboristlər, yoxsa Mühafizəkarlar?
Böyük Britaniyada keçirilən parlament seçkilərində səsvermə baş çatıb.
APA TV-nin “Frans Press” agentliyinə istinadən verdiyi xəbərə görə, seçki məntəqələri yerli vaxtla saat 22.00-da bağlanıb. Səsvermənin yekun nəticələri isə iyunun 9-da elan ediləcək.
Seçkilərin yekunlarına əsasən Nazirlər Kabinetinin tərkibi müəyyən ediləcək və parlamentin İcmalar Palatası formalaşdırılacaq. Seçkilər ərəfəsi keçirilmiş sorğular seçicilərin Leyboristlər Partiyasından daha çox Mühafizəkarlar Partiyasına üstünlük verdiyini (4-9%) müəyyənləşdirib.
Seçilən parlamentarilər iyunun 13-də and içəcək. Yeni parlament kraliçanın iştirakı ilə keçiriləcək rəsmi mərasimdən sonra iyunun 19-da işə başlayacaq.
Rubrika.Az
Facebook-da paylaş















