Əsas Səhifə > İstisadiyyat > Azərbaycanda bu dövlət məmuru ayda 65 min AZN rəsmi maaş alır
Azərbaycanda bu dövlət məmuru ayda 65 min AZN rəsmi maaş alır11-07-2017, 16:06 |
![]() Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərliyinin əməkhaqqıları ilə bağlı sensasion məlumat dərc edilib. Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatda Palatanını Direktorlar Şurasının sədri Rüfət Aslanlının ayda 65 min manat, müavinlərinin hər birinin 38000, icraçı direktorun 18000, departament direktorlarının 10000, sıravi işçilərin isə 800-1500 rəsmi məvacib aldığı iddia edilir. Təkcə Rüfət Aslanlı və 2 müavininin əməkhaqqlarının ödənilməsinə ildə 2 milyon manat vəsait sərf edildiyi qeyd edilir. Qeyd edək ki, Rüfət Aslanlının iddia edilən maaşı Prezident İlham Əliyevin maaşından 4 dəfə, ölkədəki orta aylıq əməkhaqqıdan 130, orta aylıq pensiyadan 325 dəfə çoxdur. Rubrika.Az Geri qayıt |