Azərbaycanda bu dövlət məmuru ayda 65 min AZN rəsmi maaş alır

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərliyinin əməkhaqqıları ilə bağlı sensasion məlumat dərc edilib.
Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatda Palatanını Direktorlar Şurasının sədri Rüfət Aslanlının ayda 65 min manat, müavinlərinin hər birinin 38000, icraçı direktorun 18000, departament direktorlarının 10000, sıravi işçilərin isə 800-1500 rəsmi məvacib aldığı iddia edilir.
Təkcə Rüfət Aslanlı və 2 müavininin əməkhaqqlarının ödənilməsinə ildə 2 milyon manat vəsait sərf edildiyi qeyd edilir.
Qeyd edək ki, Rüfət Aslanlının iddia edilən maaşı Prezident İlham Əliyevin maaşından 4 dəfə, ölkədəki orta aylıq əməkhaqqıdan 130, orta aylıq pensiyadan 325 dəfə çoxdur.
Rubrika.Az
Facebook-da paylaş













