Əsas Səhifə > Gündəm > General Novruzəli Orucov işdən çıxarıldı - Prezidentdən SƏRƏNCAM
General Novruzəli Orucov işdən çıxarıldı - Prezidentdən SƏRƏNCAM11-07-2017, 18:30 |
|
Prezident İlham Əliyev Novruzəli Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Rubrika.Az BakuPost.az-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur: Novruzəli Hüseyn oğlu Orucov Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilsin. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Rubrika.Az Geri qayıt |